Attestat üçün pul tələb edən müəllim işdən çıxarıldı
2022-07-22 17:40:00

Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı yayılıb.
Hurriyyet.az xəbər verir ki, həmin səsdə müəllimin attestat və digər işlərlə bağlı valideyndən pul tələb etdiyi əks edilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.az-a bildirilib ki, müəllim dərhal işindən azad edilib: “Müəllimin adını deməyi düzgün hesab etmirik. Məktəb rəhbərliyi ilə bağlı isə məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək”.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya