Saat:06:13
Haqqımızda

ATƏT və ABŞ Dövlət Departamenti: “Naxçıvan sərhədində baş verənlərdən narahatıq”

2021-07-24 16:46:00

ATƏT və ABŞ Dövlət Departamenti: “Naxçıvan sərhədində baş verənlərdən narahatıq”

“ATƏT Sədərək-Arazdəyən bölgəsində son vaxtlar baş verən hadisələrdən narahatdır”.
 
Ovqat.com-un məlumatına görə, təşkilat Ermənistanın Factor.am portalının sorğusunu cavablandırarkən bunu bildirib.
 
 “Tərəfləri sakit və təmkinli olmağa, təxribat xarakterli hərəkətlərdən çəkinməyə və ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında ən qısa müddətdə danışıqlara qayıtmağa çağırırıq”, - təşkilatın mətbuat xidmətinin cavabında deyilir.
 
ABŞ Dövlət Departamenti də nəşrin sorğusuna eyni cavabı verib:
 
“Ermənistanla Azərbaycan arasındakı Yerasx / Sədərək sərhədi yaxınlığında baş verən hadisələr bizi narahat edir. ABŞ, ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq, Dağlıq Qarabağ münaqişəsinin qalıcı bir siyasi həllinə nail olmaq üçün bütün tərəflərlə işləməyə sadiqdir. Tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında mümkün qədər tez danışıqlara qayıtmağa çağırırıq”, - nəşrin iddiasına görə, Dövlət Departamentinin açıqlamasında vurğulanır. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR