ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

2023-09-19 16:44:43

ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.

O bu barədə “X” hesabında yazıb.

“Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyəm və diplomatik əlaqələri davam etdirmək, davamlı sülh istiqamətində səyləri prioritetləşdirmək çağırışımı yeniləyəcəyəm”,- paylaşımda qeyd olunub./Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.120687