Saat:02:15
Haqqımızda

ATƏT-in Minsk qrupu ilə bağlı tarixi qərarı - Dekabrın 1-dən etibarən...

2025-12-01 12:45:22

ATƏT-in Minsk qrupu ilə bağlı tarixi qərarı - Dekabrın 1-dən etibarən...

Hurriyyet.az xəbər verir ki, ATƏT rəsmi olaraq Minsk prosesinin və bütün əlaqəli strukturların bağlandığını elan edib.
Təşkilatın bəyanatında deyilir: "Minsk prosesinin və əlaqəli strukturların bağlanması 30 noyabr 2025-ci il, saat 23:59-da, Ermənistan və Azərbaycanın Finlandiyanın ATƏT sədrliyinə birgə müraciətindən sonra Nazirlər Şurasının 1 sentyabr 2025-ci il tarixində qəbul etdiyi MC.DEC/1/25 saylı Qərarına uyğun olaraq baş tutub".
Təşkilat bütün inzibati prosedurların tamamlanmasının Minsk prosesinin tamamilə bağlanması demək olduğunu bildirib.
Hürr Tərcüman