ATƏT-in əməkdaşları əsir düşdülər

2022-04-25 16:35:00

ATƏT-in əməkdaşları əsir düşdülər

Hurriyyet.az xəbər verir ki, ATƏT öz əməkdaşlarının qondarma Donetsk və Luqansk xalq respublikalarının ərazisində əsir düşdüyünü bəyan edib. Bu barədə məlumatı  “Röyters” informasiya agentliyinə Böyük Britaniyanın ATƏT-dəki səfirinin müavini Deydra Braun verib.

Braun deyib: “Xüsusi monitorinq missiyasının bir sıra üzvlərinin Donetsk və Luqanskda azadlıqdan məhrum olmaları ATƏT-də ciddi narahatlıq doğurub. ATƏT öz əməkdaşlarının azad edilməsinə nail olmaq üçün bütün mümkün kanallardan istifadə edir”.

Hadisədən bir gün əvvəl Braun ATƏT missiyasının Ukraynadakı mandatının vaxtını uzatmaqdan imtina edən Rusiyanı tənqid eləmişdi.

Mart ayında ATƏT 500 nəfərə qədər əməkdaşının Ukraynadan təxliyyə ediləcəyini bəyan elmişdi. Xüsusi monitorinq missiyası – ATƏT-in silahsız mülki bölmələrindir, onun üzvləri münaqişə zonalarında vəziyyətlərə nəzarət edir və müşahidələrini qeyd edirlər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya