ATƏT Azərbaycan və Ermənistana çağırış etdi

2022-08-03 19:00:00

ATƏT Azərbaycan və Ermənistana çağırış etdi

“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”.

Hurriyyet.az “report”a istinadən xəbər verir ki, bunu ATƏT-in Polşa sədrliyi tviterdə açıqlayıb.

“Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, yanvarın 1-dən etibarən Polşa bir illik Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edir.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000089