“Atəş açılan düşmən mövqelərinin külü havaya sovrulmalıdır” - ÇAĞIRIŞ

2022-08-03 16:37:00

“Atəş açılan düşmən mövqelərinin külü havaya sovrulmalıdır” - ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Hurriyyet.az-ın məlumatına görə, hərbi ekspert Ədalət Verdiyev son insidentlə bağlı Moderator.az -a bildirib ki, atəş açılan düşmən mövqelərinin külü havaya sovrulmalı, Şəhidimizin 10 qat qisası alınmalıdır.

“Atəş açılan düşmən ərazisində Bayrağımız qaldırılmalıdır. Qararabağın rusların nəzarətində olan ərazilərindən erməni silahlıları tam çıxarılana və Zəngəzur dəhlizi açılana qədər Laçın dəhlizi də Azərbaycanın nəzarətində qismən qapalı qalmalıdır. Heç kəsin şübhəsi olmasın ki, bu, Qarabağdakı seperatçı rejimə çox baha başa gələcək. Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdən qeyri-qanuni erməni silahlı dəstələrinin son terrorçusu təmizlənənə qədər siyasi-hərbi təzyiqlərini davam etdirməlidir”, - Ədalət Verdiyev bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055537