Ata Abdullayev əfv üçün müraciət ETDİ
2023-04-07 13:50:00
Həbsdə olan bloger Ata Abdullayev əfv olunmasını istəyir.
Hurriyyet.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Prezident yanında Əfv Məsələləri Komissiyasına müraciət edilib.
Xatırladaq ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü Ali Məhkəmə qərarı qüvvədə saxlayıb.
