Ata 13 yaşlı qızının sevgilisini boğub məzarlıqda basdırdı - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT

2022-09-10 11:49:00

Ata 13 yaşlı qızının sevgilisini boğub məzarlıqda basdırdı - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT

Bakıda itkin düşən yeniyetmənin meyiti aşkar edilib.

Hurriyyet.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 7-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. 16 yaşlı Şeydabəyov Hüseynbala İlqar oğlunun meyiti qəsəbə ərazisindəki məzarlıqdan tapılıb. Meyit isə bu gün, yəni sentyabrın 10-da aşkar edilib.

Əldə etdiyimiz məlumata görə, yeniyetmə oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb.

Qeyd edək ki, H.Şeydabəyovun itkin düşməsi barədə xəbər vermişdik.

Hazırda faktla bağlı araşdırma aparılır.

azinform.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059538