Saat:13:14
Haqqımızda

Astronomiya elmində 4 böyük kəşfə imza atan azərbaycanlı həkim

2022-05-24 13:27:00

Astronomiya elmində 4 böyük kəşfə imza atan azərbaycanlı həkim

Onun kəşflərini Elmlər Akademiyası niyə təsdiq etmir?

 

Paşa Yaqub: "Kainatın idarə olunması bu rəqəmlər üzərində qurulub"

Astronomiya dəqiq elmlərin ən qədimidir. Bu elm qədim Yunanıstanda, Misirdə və Çində meydana gəlmişdir. Orta əsrlərdə astronomiya orta Asiya və Azərbaycanda təşəkkül tapmağa başlamışdır. Astronomiya digər dəqiq elmlərlə sıx əlaqədardır, onların üsullarından və əldə etdikləri nəticələrdən istifadə edir, üstəlik, onların da inkişafına təkan verir. Astronomiyanı digər dəqiq elmlərsiz, digər dəqiq elmləri də astronomiyasız təsəvvür etmək olmaz.

Mövzu ilə bağlı tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqubla həmsöhbət olduq.

Birinci kəşf

 - Astronomik dövr nədir?

- Hələ astronomiya elmi yaranmamışdan çox-çox  əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən etmişlər ki, astronomik hadisələr dövrlərə bölünür və hər astronomik dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6585 sutkanı) əhatə edir.  Sonradan astronomiya elmi bu dövrü "Saros dövrü" adlandırdı.

Hər "Saros dövrü”ndə bir qayda olaraq 71 astronomik hadisə  baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur.

Hesablamalarımız nəticəsində kəşf etdik ki, bütün astronomik hadisələr (Günəş və Ay tutulmaları) bir qayda olaraq 6585 gündən bir təkrarlanır. Bunu sübut edən və astronomiya elmində yenilik olan cədvəlləri diqqtinizə çatdırırıq:

 

6585 GÜNLƏ TƏKRARLANAN GÜNƏŞ VƏ AY TUTULMALARININ CƏDVƏLLƏRİ

İkinci kəşf

Yuxarıda qeyd erdik ki, hər astronomik dövrdə bir qayda olaraq 71 astronomik hadisə  baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur.

Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən kəşf olunmayıb.

Araşdırmalarımız zamanı kəşf etdik ki,  ki, buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudan ibarətdir). 

Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!). Bu da həm dəryalara, həm də  astronomik dövrdə baş verən 71 tutulmaya işarədir.

71-ci surənin 28 ayədən ibarət olması isə, “Saros dövrü”ndə baş verən 28 (!) Ay tutulmasının sirrini açır:

71 - 28 = 43

 hesablaması isə, bir astronomik dövrdə 43 (!) dəfə baş verən Günəş tutulmasının açarıdır.

Sual yaranır: Günəş tutulması niyə məhz 43 dəfə baş verir (başqa sayda ola bilməzdimi)? 

Bu sualın cavabını da ALLAHIN kitabından tapmaq olur. Belə ki, Quranın “Ay” surəsi 54 ədədi ilə nömrələnib. Bu səbəbdən 54 ədədi Ay rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, 54 ədədi Quranda 43 (!) dəfə keçir (kitabın cəmi qırx üç surəsində 54-cü ayə var). Bununla da Saros dövründə Günəş tutulmasının 43 dəfə baş verməsininn hikməti bir daha üzə çıxır.

Üçüncü kəşf

 - Bütün astronomik hadisələr niyə 858 gündən bir təkrarlanır?

Astronomik hadisələr üzrində hesablamalar apararkən kəşf etdik ki, Günəş və Ay tutulmaları eyni zamanda 858 gündən bir də təkrarlanır. Bunu sübut edən və astronomiya elmində yenilik olan cədvəlləri oxuculara təqdim edirik:

 

 

 

858 GÜN FƏRQLƏ BAŞ VERƏN GÜNƏŞ VƏ AY TUTULMALARININ CƏDVƏLLƏRİ (2 ƏDƏD CƏDVƏL)

Sual yaranır: astronomik hadisələr niyə məhz 858 gündən bir təkrarlanır? Nədir bu ədədin mahiyyəti?

Əvvəlcə qeyd edək ki, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində vəhabilər hakimiyyətə gələnə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün quranlar 286 səhifəyə yerləşdirilib.

Araşdırmalarımız göstərir ki, bu, təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluqisə, özünüaşağıdakıhikmətlərdəbiruzəverir:

1)      “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı – Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür.

2)      Biologiya elmi sübut edirki, insan ana bətnində 286 günə yaranır. Beləki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. Beləliklə, insanın yaranışı üzərinə Allah öz kodlaşdırılmış “möhürünü” vurub.

3)      Quranın 2-ci surəsiolan “İnək” surəsinində 286 ayədən ibarət olması təsadüfi deyildir. Beləki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir.

4)      İnsanlar ən çox Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayramarasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür.

Bufaktlaronusübutedirki, 286 ədədiAllahınkodlaşdırılmışmöhürüolaraq, həyatımızınbütünvacibsahələrininüzərinəvurulmuşdur.

Bildiyimiz kimi, insan “Quran”a and içərkən, yaxud tövbə edərkən bunu üç dəfə təkrarlayırlar. Gəlin bunu riyazi dilə çevirək:

286 + 286 + 286 = 858

Göründüyü kimi, bütün astronomik hadisələr “Quran”ın üç misli olan 858 ədədi altında təkrarlanır. Bu da onu sübut edir ki, elm Allaha məxsusdur və tutulmalar bəşəriyyətin diqqətini Yaradanın qanunlar toplusu olan “quran”a yönəldir.

Dördüncü kəşf – Ayın üzərindəki ləkə deyil, xəritədir

Mənə inanmayan Aya baxsın

Astronomiya elmində dördüncü kəşfimiz  Ayın üzərindəki “ləkə”nin sirridir.

İndi isə, qayıdaq yuxarıda qeyd etdiyimiz Ayın üzərindəki “ləkə”nin sirrinə. Dünya yaranandan insan oğlu hər axşam Ay üzərindəki “ləkə”ni görsə də, mənasını anlamadığından, bu barədə cürbə-cür əfsanələr yaranmşdır. Uzun araşdırmalarımızdan sonra kəşf etdik ki, bu “ləkə”lər əslində bir vaxtlar mövcud olmuş Pangeya adlı materikin xəritəsidir. Coğrafiya elmindən bilindiyi kimi, ilk yaranışda Yer kürəsi cəmi bir materikdən ibarət olub ki, onun da adı Pangeya olub.  (Həmin materiki əhatə edən okeanın adı isə, Pantalas olub.)Zaman keçdikcə Pangeya materiki əvvəlcə iki hissəyə - Lavrasiya və Hondvanaya bölünmüşdür. Hazırda isə, altı materik olduğu hamınıza məlumdur.  Yerin ilk yaranış forması olan Pangeya materikinin coğrafiya kitabında olan xəritəsini götürüb Ayın üzərindəki “ləkə”nin şəkli ilə yanaşı qoysaq görrik ki, bunlar biri-birinin eynidir.

 

(Ay və Pangeya materikinin şəkilləri)

Buradan aydın olur ki, bir vaxtlar mövcud olmuş Yerin ilk xəritəsini (PAngeyanı) Yaradan hər axşam işıqlandıraraq bizə nümayiş etdirir.

Bütün bunlar bir daha sübut edir ki, elm Allaha məxsusdur və Yaradan hər yerdə Öz varlığını, qüdrətini bizə göstərir. Bütün bunları hamı görsə də ancaq ağıllı adamlar dərk edirlər.

Astronomiya, fizika, kimya, biologiya, anatomiya, kibernetika və informatika, daktiloskopiyya, təbabət və s elmlərin indiyədək açılmamış sirlərini açan və bu barədə  onlarla  kitab, yüzlərlə elmi məqalələ yazan bir şəxsin kəşflərini hansısa bir elmi mərkəz təsdiqləyibmi?

Sualınıza cavab olaraq bildirim ki, bu  gün elmlər akademiyaları və elmi mərkəzlər hamısı Dünyanı idarə edən mafiyaların (massonların və s) nəzarətindədir. Onlara tapşırılıb ki, Allahın varlığını, elmini təsdiq edən heç bir kəşfi təsdiq etməyin. Mən kəşflərimi “Quran”dakı rəqəmlərlə etmişəm. Yəni, hesablamalarımı həəmin rəqəmlər üzərində quraraq bütün elmlərdə kəşflər etmişəm. Bu kəşfləri təsdiq etmək elə Allahın varlığını, elmini, qüdrətini təsdiq etməkdir. Bu da bəşəriyyəti istismar edən, insanları oyuncağa çevirən mafiyalara sərf etmir. Çünki, onlara inamsız, ümidsiz, dərrakəsiz kütlə lazımdır ki, rahat istismar edə bilsinlər. Oyanmış və Allaha sıx bağlı olan insana zülm etmək olmur, o insanlar zülmə qarşı çıxırlar. Mənim kəşflərimin Elmlər Akademiyası tərəfindən təsdiq olunmamasının sirri budur.

Amma, mənim kəşflərim o qədər sadə və gözlə görünəndir ki, heç EA-ı təsdiqləməsə də, hər bir şüurlu insan bunun doğruluğunu təsdiqləyə bilər. Məsələn, yuxarıdakı şəkildə Pangeya materiki ilə Ayın üzərindəki “ləkə”nin eyni şey olduğunu təsdiq etmək üçün heç bir cihaz, teleskop tələb olunmur, adi gözlə də bunun eyni olduğunu təsdiq etmək mümkündür. Yaxud da kı, kəşf etdiyim cədvəllərdə tutulmalar arasında qalan günlərin 858 (6585) olduğunu təsdiq etmək üçün bir kalikulyator, bir də 3-cü sinifə qədər təhsil almaq kifayət edir.

Onu da qeyd etməyi vacib bilirəm ki, hazırkı dövr şeytani dövr olduğuna görə Allahın qüdrətinə dəəlalət edən kəşfləri Elmlər Akademiyası təsdiqləmirlər. Astronomik  hesablamalarımız göstərir ki, yaxın aylarda indiki şeytani dövr bitəcək və kamillik dövrü başlayacaq. Onda bu cür kəşflər dərsliklərə salınacaq və dərs vəsaiti kimi tələbələrə öyrədiləcək. İndikindən fərqli olaraq onda tələbələr həm elmli, həm də imanlı olacaqlar (hazırda elm verilsə də çalışırlar ki, imanların alsınlar).

Elmi-lədunun nə demək olduğunu qısaca izah edək. “Lədun” sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarə anlamını verir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və bir çox kəramət sahibləri sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar. Biz də zaman-zaman müxtəlif elmlərə dair sirləri məhz bu elmlə açdıq.

 

YƏHYA

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR