Astarada SƏFƏRBƏRLİK BAZARI... - ARZU RƏHİMOV BUNDAN XƏBƏRSİZDİR?

2022-06-08 11:38:00

Astarada SƏFƏRBƏRLİK BAZARI... - ARZU RƏHİMOV BUNDAN XƏBƏRSİZDİR?

Müharibə kimlər üçünsə müqqəddəs borc, bəziləri üçün isə qazanc, pul mənbəyidir.
Bəli, bu bütün zamanlarda belə olub.
Hətta bəh-bəhlə bəyəndiyimiz sovet dövründə də hərbi komissarlar- “voyenkom”lar pul alaraq kimlərinsə övladlarını hərbi mükəlləfiyyətdən azad edirdi, loru dildə desək “neqodnu” çıxarırdı.
Bəli, Qarabağ müharibəsi də bəzi hərbi komissarlar üçün milyonlar demək idi.
Son 30 ildə bir çox hərbi komissarlar, daha dəqiq desək, Səfərbərlik, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ( SHXÇDX) yerli rayon şöbələri yüzlərlə, bəlkə də minlərlə gənci “neqodnu” çıxarıb, milyonlar qazanıblar.
Bəli, bu məsələdə həkim komissiyaları ilə “voyenkom”lar əlbir olaraq “biznes” qurublar.
Bu gün əgər ciddi və obyektiv tibbi komissiya təşklil edilsə, həmin minlərlə “neqodnu” gəncin orduya yararlı olduğu ortaya çıxar.
Niyə bunu etmirlər..?
Bu böyük bir cinayətkar şəbəkədir..? Ortada milyonlar var...
Səfərbərlik, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov da rayonda əməlli-başlı “neqodnu” biznesi açıb.
Bəli, Valeh Nəcəfov hətta mediadakı dostları vasitəsilə Səfərbərlik, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova problem yaratmağı bacarır. Amma Valeh Nəcəfov vaxtilə kimin adamı olduğunu isə tamamilə unudub.
Təsəvvür edirsinizmi, bu adam əlində olan faktları mediaya ötürərək, öz rəisinin haqqında məqalələr dərc elətdirir.
Ən dəhşətlisi odur ki, cənab Arzu Rəhimov tabeçiliyində olan Valeh Nəcəfovu yerində oturda bilmir.
Və bundan istifadə edən SHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov öz şəxsi mənafeyini güdərək gənclərin bir qismini saxta yollarla həqiqi hərbi xidmətdən yayındırır.
Baş verən hadisələrdən nəticə çıxartmaq əvəzinə şöbə rəisi öz əməllərini daha da genişləndirir.
Cənub bölgəsinin dilbər güşələrindən olan Astara rayonu sözün həqiqi mənasında qəhrəmanlar oçağı kimi tarixdə iz qoyub.
Cənub zonası Həzi Aslanov kimi generallar yetişdirib.
Rayonun igid və qəhrəman oğulları torpaqlarımızın işğaldan azad olunması üçün könüllü olaraq hərbi xidmətə gedirdi.
Bəs Valeh Nəcəfov yüzlərlə gənci necə “yararsız” edib..?
Mediada yayılan məlumatlardan bəlli olur ki, Valeh Nəcəfov haqqında hər gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Arzu Rəhimova yüzlərlə şikayət göndərilsə də heç bir nəticə yoxdur.
Niyə və nə üçün cənab Arzu Rəhimov bir rayonun “ voyenkom”ndan çəkinir..?
Bəli, heç kimə sirr deyil ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov gəncləri 3000-5000 arası “neqodnu” edir..
Hərbi komissar Valeh Nəcəfov əldə etdiyi pulların hesabına Bakıda böyük mülklər əldə edib.
Valeh Nəcəfov bütün günü Bakının ən bahalı restoranlarında başının dəstəsi ilə gün keçirir. Bu adamdan soruşan yoxdur ki, sən dövlət məmurusan, bu restoranlarda nə gəzirsən..?
Bəli, Valeh Nəcəfov rayondakı məmur övladlarına “neqodnu” sənədi verir, əvəzində kasıb, imkansız ailələrin xəstə övladlarını ordu sırasına göndərir.
Və haram yolla qazandığı pulları Baki şəhərinin Şamaxinka deyilən ərazisində yerləşən məcslilərdə sağa-sola xərcləyir.
Yəqin ki, Valeh Nəcəfov “Alma” ictimai-iaşə obyektində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov barəsində dediklərini xatırlayacaq.
Hətta Valeh Nəcəfov deyib ki, yaxın zamanda Xidmətin rəisi Arzu Rəhimov gedəcək və mən rəis olacam.
Sözün qısası, Valeh Nəcəfova söz deyə bilən səlahiyyət sahibi yoxdur.
Biz Xidmətin hörmətli rəisi, general Arzu Rəhimovdan soruşuruq ki, bütün bunları görmürsünüz..?
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişrdir.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya