Saat:03:51
Haqqımızda

Astarada "Narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirildi

2024-02-07 14:29:30

Astarada

Sonu ölümlə, fəlakətlə bitən narkomaniyaya qaşı nə qədər ciddi mübarizə aparılsa da, hələlik bu bəlaya meyllilik günbəgün artır. Hətta məktəblilər arasında da narkotik maddə qəbul edənlərin sayı çoxalmaqdadır. Məhz insanları uçuruma aparan belə xoşagəlməz hadisələrin qarşını almaqdan ötrü Astaranın təhsil, mədəni-maarif ocaqlarında yeniyetmələrlə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir.

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "Narkomaniyaya yox deyək!" mövzusunda baş tutan maarifləndirici tədbir də bu məqsəddən irəli gəlirdi.

Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbin psixoloqu Elsürə Nəzirova, VII və IX sinif şagirdləri iştirak edirdilər.

Kitabxananın Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova tədbiri açaraq dedi: - Hazırda  “ağ ölüm” adı ilə tarixə düşən narkomaniya bütün bəşəriyyətin ən ağrılı problemlərdən biridir. Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükədir.

Azərbaycanda narkomaniyaya qarşı mübarizə məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Bu mübarizə üsulu ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə hazırda xüsusilə aktual xarakter daşıyır, narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindir, eləcə bu istiqamətdə mühüm tədbirlər də görülür.

Həmçinin məktəbin psixoloqu Elsüra Nəzirova və Uşaq şöbəsinin əməkdaşı Aysel Əhmədova mövzu ətrafında çıxışlarında bildirdilər ki, ictimaiyyət də “ağ ölüm”ə ölüm hökmü çıxarmalıdır ki, dəhşətli bəla sağlam gələcəyimizə xətər yetirməsin.

Tədbirdə şagirdləri düşündürən suallara ətraflı cavab verildi.  

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.214568