Saat:00:09
Haqqımızda

ASTARA SAKİNİ OĞLUNA EV TİKDİRDİ, AYLARDIR İŞIQ ÇƏKDİRƏ BİLMİR – “Dedilər ki, dəmir dirək, kabel alın, gəlib işığınızı çəkəcəyik, amma…”

2023-03-23 10:58:00

ASTARA SAKİNİ OĞLUNA EV TİKDİRDİ, AYLARDIR İŞIQ ÇƏKDİRƏ BİLMİR – “Dedilər ki, dəmir dirək, kabel alın, gəlib işığınızı çəkəcəyik, amma…”

Astara rayonu, Kijəbə kənd sakini Şahverdiyev Xankişi Əziz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, evinə işıq çəkdirmək üçün rüşvət verməyə məcbur edilir:

“Mən, Şahverdiyev Xankişi Əziz oğlu, Astara rayonu, Kijəbə qəsəbəsində oğluma ev tikdirmişəm və bütün sənədlərim doğru-düzgündür. Həmin evə işıq çəkmək üçün Astara rayon işıq idarəsinə və Masallıda olan “ASAN xidmət”ə müraciət  etmişik. Bundan sonra Astara işıq idarəsinin Bilal adlı əməkdaşı  gəlib baxış keçirdi. Bizə məsləhət gördülər ki, dəmir dirək alın, kabel alın, daha sonra xəbər edin işığınızı çəkəcəyik. Amma  həmin gündən 6 ay keçməsinə baxmayaraq, işıq çəkilməyib.  Evimizin ətrafı evlərlə əhatədə olsa da, hər evin işığı çəkilib, bizim ev hələ də işıqsızdır.

Dəfələrlə Astara rayon işıq idarəsinə müraciətlər etsək də heç bir nəticə yoxdur. Kobud münasibətlə bizi qovmaqdan betər edirlər.

Lənkəranda yerləşəm regional işıq idarəsinə də getmişik. Oradanda ürəkaçan bir cavab almamışıq. Bizə dedilər ki, Astara Bakı “Azərişıq”a tabedir, biz heç nə edə bilmərik.

Mən başa düşmürəm, “Azərişıq” dövlətindir, ya bəzi məmurların?!”

Məsələ ilə bağlı Astara Elektrik Şəbəkəsi idarəsi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Jalə FAMİLQIZI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR