Astanada TDT sammiti keçiriləcək
2023-10-31 16:52:15

Hurriyyet.az xəbər verir ki, noyabrın 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin rəhbərlərinin 10-cu sammiti keçiriləcək.
Sammitdə TDT-də müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçılarının da iştirakı gözlənilir.
Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri və birgə layihələr müzakirə ediləcək.
TDT-yə sədrliyin Özbəkistandan Qazaxıstana keçməsi, dövlət başçılarının Astana aktı və Astana sammiti Bəyannaməsi imzalayacaqları gözlənilir.
Hürr Tərcüman
