Asos əməliyyatı – 23 terrorçu, 16 terror obyekti məhv edilib

2022-10-03 10:16:00

Asos əməliyyatı – 23 terrorçu, 16 terror obyekti məhv edilib

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi sərhəddən İraqa doğru 140 km dərinlikdə yerləşən Asos məntəqəsində keçirilən əməliyyat nəticəsində 23 nəfər PKK terrorçusunun zərərsizləşdirildiyini bildirib.

Bu barədə açıqlama bazar günü Türkiyə Milli Müdafiə Nazirliyinin sosial hesablarında verilib.

Xəbər verdildiyi kimi, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar sentyabrın 29-dakı çıxışında İraqın Asos rayonunda terrorçuların mağara və sığınacaqlarının məhv edildiyini bəyan eləmişdi. Əməliyyatın 27 sentyabr tarixində aparıldığı bildirilir. Terror təşkilatının 16 ədəd iri obyekti məhv edilib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.131902