Saat:11:53
Haqqımızda

Aslan Şahgəldiyev vitse-prezidenti təyin edildi

2022-08-12 20:23:00

Aslan Şahgəldiyev vitse-prezidenti təyin edildi

Peşəkar Futbol Liqasında struktur dəyişikliyi edilib.

Qurumdan verilən məlumata görə PFL-də yeni vitse-prezident postu yaradılıb. Yeni yaradılmış posta artıq təyinat rəsmiləşdirilib. Uzun illərdir ki, Peşəkar Futbol Liqasında çalışan Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti təyin olunub.

Şahgəldiyev 2004-cü ildən futbol sahəsində çalışır. O, 2004-cü ildən 2009-cu ilə qədər "Karvan” klubunda fəaliyyət göstərib. Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb.

Həmkarımız 2009-cu ildən bu günə qədər Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri idi. \\Qayarinfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR