ASALA terrorçusu İrəvanda saxlanıldı – o, türk konsulunun qatilidir

2022-05-05 12:54:00

ASALA terrorçusu İrəvanda saxlanıldı – o, türk konsulunun qatilidir

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənistan polisi türk diplomatının qatili olan ASALA terrorçusunu həbs edib. Bu barədə məlumatı hüquq müdafiəçisi Ruben Məlikyan sosial şəbəkələrdə yayıb.

Paşinyan iqtidarına qarşı etirazçılara qoşulan Ambik Sassunyan  1982-ci ildə Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu  Kamal Arıkanı qətlə yetirmiş, 1984-cü ildə həbs edilərək ömürlük həbs cəzası almışdı. Terrorçu 2021-ci ildə azadlığa buraxılaraq Ermənistana gedib. O zaman Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva onun cəzasını tam çəkməməsinə etiraz edərək söyləmişdi ki, həbsdə olarkən, 2012-ci ildə “Hay Zinvor” adlı erməni hərbi jurnalına verdiyi müsahibəsində A.Sassunyanın erməni əsgəri olduğu və Azərbaycanın o zaman işğal altında olan Qarabağ ərazisində döyüşməyə hazır olduğunu bildirməsi bu terrorçunun heç də islah olmadığını nümayiş etdirir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya