Aşağı Güzdəkdə sexdə yanğın başlayıb
2025-05-09 13:43:42

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Bu barədə Hurriyyet.az-a FHN Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
