"Arzumanyanın İrəvanda həbsi emənilərin 30 illik nağıllarına son qoydu" - ELXAN ŞAHİNOĞLU

2022-09-01 13:40:00

"Bu, bir daha göstərdi ki, Dağlıq Qarabağdakı separatçılar Ermənistandan idarə olub və torpaqlarımız Ermənistan ordusunun işğalı altında idi"

"Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanın Şuşaya görə Ermənistanda həbsi emənilərin 30 illik “Dağlıq Qarabağ müstəqildir”, “biz onların işinə qarışmırıq”, “Qarabağ ordusu” kimi nağıllarına da son qoydu. Əgər İrəvan “Dağlıq Qarabağ müstəqil” sayırdısa, başqa dövlətin “müdafiə nazirinin” bölgə içərisindəki şəhərin müdafiəsini düzgün təşkil edilmədiyinə görə Ermənistanda niyə həbs ediblər?" Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq hesab edir ki, ermənilərin “Dağlıq Qarabağ müstəqildir” məntiqinə görə Şuşanı işğalda saxlaya bilmədəyinə görə onu elə Xankəndidə həbs etməliydilər: "Ancaq Xankəndidə ona toxunan olmayıb, “vəzifəsini” icra edib. Arzumanyanın İrəvanda həbsi bir daha göstərdi ki, Dağlıq Qarabağdakı separatçılar Ermənistandan idarə olub və torpaqlarımız Ermənistan ordusunun işğalı altında idi. Sadəcə, başqa sual aktualdır: Ermənistan hakimiyyəti müharibənin özləri üçün ən ağır günlərində Şuşanın işğalını nə əcəb yerli separatçıya tapşırıblar?"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.107176