Arzumanyan: "Erməni xalqı Rusiya və Türkiyəyə qarşı nizamsız hərbi əməliyyatlara başlamalıdır"

2022-08-01 22:17:00

Arzumanyan:

“Mən Ermənistandakı vəziyyət haqqında heç nə yazmıram. Çünki vəziyyət göz qabağındadır, xüsusi təhlil tələb etmir”.

Bu sözləri Hraçya Arzumanyan özünün teleqram kanalında bildirib.

Onun sözlərinə görə, “Keçən həftə Ermənistanın informasiya sahəsi parça-parça oldu. Qarabağda vəziyyətin gərginləşməsi Rusiya Federasiyasının Ermənistana qarşı hibrid müharibəsinin növbəti mərhələsidir. Görünən odur ki, Qarabağda tədbirlər İrəvan və Xankəndi hakimiyyətləri ilə razılaşdırılıb. Bu cür davranışları şərh etmək, qiymət vermək… Mən heç bir məna görmürəm” – deyə Arzumanyan bildirib.

O əlavə edib ki, Rusiya Federasiyası və Türkiyənin Ermənistana və erməni xalqına qarşı hibrid müharibəsinə erməni xalqının cavabı təkcə Ermənistan və Qarabağ ərazisində deyil, nizamsız hərbi əməliyyatlar çərçivəsində asimmetrik olmalıdır.

“Bu cür hərəkətlərin nəzəriyyəsi bir dəfə “Qaydasız Müharibə Strategiyası”nda bacardığı qədər təsvir edilmişdir”.

Natiq Səlim,

KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056490