ARZUM - Şeir
2024-03-25 13:30:24

Olmasın qan-qada, zülm-zindanlar,
Can deyib-eşitsin bütün insanlar,
Allah, əlindədir cümlə imkanlar,
Heç evdən əskiltmə firavanlığı,
Çox görmə bizlərə mehribanlığı.
Vicdanla yaşayaq, xoş ömür sürək,
Oğul evləndirək, qız toyu görək,
Daima bol olsun halal duz-çörək,
Çıxart, at qəlblərdən şər, yamanlığı,
Çox görmə bizlərə mehribanlığı.
Arzu çox, istək çox bu Novruz çağı,
Üstün qıl ya rəbbim qaradan-ağı,
Yox et ömürlərdən nisgili, dağı,
Göndər yer üzünə sən amanlığı,
Çox görmə bizlərə mehribanlığı.
ŞAMİL
19.03.3024
