Saat:02:26
Haqqımızda

Arutyunyanla Vardanyanın ulduzu niyə barışmır?

2023-01-31 12:40:00

Arutyunyanla Vardanyanın ulduzu niyə barışmır?

Araik Arutyunyanla Ruben Vardanyan arasında münasibətlər gərgin olaraq qalır.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Erməni nəşri əlavə edib ki, hazırda bölgədə vəziyyət o qədər ciddiləşib ki, Araik Arutyunyan  Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Moskvaya gedib:

“Səfərin məqsədi siyasi vəziyyətin həlli yollarını tapmaqdır. Arutyunyan təklif edəcək ki, Rusiya və Qarabağda yerləşən sülhməramlılar "növbədənkənar seçkilər”in keçirilməsinə təminat versinlər və ya onunla Ruben Vardanyan arasında seçim etsinlər. Çünki əmindir ki, Vardanyan “dövlət naziri” vəzifəsində olduğu müddətdə yol açılmayacaq və azərbaycanlılarla kontakt qurulmayacaq.

Xatırladaq ki, hələ yanvarın 14-də həm Vardanyanın, həm də Arutyunyanın mümkün "istefalar"ı ilə bağlı gözlənilməz xəbər yayılmışdı.

“Hraparak” yazır ki, azərbaycanlılar Vardanyanın istefasını tələb edib:

“O zaman Arutyunyan yeni “parlament” və yeni “hökumət” qurmaq üçün "növbədənkənar seçkilər”ə getmək üçün istefa verəcəyini bəyan edib. Lakin ruslar “seçkilər”in keçirilməsini təmin etməkdən imtina edib və “Artsax hakimiyyəti” başa düşüb ki, ərazidə “konstitusiya” böhranı yaranacaq və regionda “Artsax”ın yüksək siyasi eşelonu öz “hakimiyyəti”ni itirəcək. Sözsüz ki, bu da Azərbaycanın işini asanlaşdıracaq”. (yenisabah)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR