Saat:04:12
Haqqımızda

 Arutyunyan: “Rus hərbçiləri burada həmişəlik qalmalıdırlar, onlar olmasaydı, taleyimiz başqa olacaqdı”

2021-08-04 14:18:00

 Arutyunyan: “Rus hərbçiləri burada həmişəlik qalmalıdırlar, onlar olmasaydı, taleyimiz başqa olacaqdı”

Araikin sözləri Rusiyanı separatizmin dəstəkçisi kimi göstərdi

Hurriyyet.org xəbər verir ki, Qarabağda qalmış erməni separatçılarının qondarma başçısı Araik Arutyunyan bölgədə Rusiyanın hərbi varlığının daimi olmasını istədiyini bildirib.

Arutyunyan bir az da irəli gedərək, müharibədəki qələbənin son olmadığını, məğlubiyyətin tale olmadığını söyləyib: “30 il ərzində bizim də qələbəmiz vardı, mən onu müvəqqəti uğur adlandırıram. Çünki qələbə tam deyilsə, qələbə ola bilməz. Bu, məğlubiyyət deyil. Lakin bir yenidən özümüzü tapmalı, dirçəlməli və mübarizəni davam etdirməliyik”.

Separatistlərin başçısı çıxış yolunu postsovet məkanında (Abxaziya, Cənubi Osetiya, Prednestroviya, Luqansk və Donetskdə) separatizmin dəstəkçisi olan Rusiya Federasiyasının hərbi qüvvələrinin varlığında görüb: “Rusiya hərbçilərinin buradakı varlığı müvəqqəti yox, daimi olmalıdır”. Araik deyib: “Rusiya hərbçiləri regiona daxil olmasaydı, taleyimiz tamamilə fərqli olardı. Bəzi axmaq şərhlər edənlər var, onlar özlərini təmizə çıxarmaq və təqsirlərini başqalarının üzərinə yıxmaq üçün müxtəlif sözlər danışacaqlar. İstəyirəm, birmənalı olaraq başa düşəsiniz ki, nə xain olub, nə də xəyanət”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR