“Arutyunyan – Vardanyan cütlüyünün əsas məqsədi Qarabağda Azərbaycana məxsus sərvətlərin talanmasıdır” - RƏY

2022-12-24 21:11:00

“Arutyunyan – Vardanyan cütlüyünün əsas məqsədi Qarabağda Azərbaycana məxsus sərvətlərin talanmasıdır” - RƏY

“Əslində bu gün reallıq ondan ibarətdir ki, Araik Arutyunyan-Ruben Vardanyan cütlüyünün əsas məqsədi və hədəfi Qarabağda Azərbaycana məxsus sərvətlərin talanmasıdır”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

“Onlar bu məqsədlə hər bir addımı atmağa hazırdırlar və proseslər də bunu bir daha açıq şəkildə göstərir”, - deputat deyib.

C.Məmmədov qeyd edib ki, Araik Arutyunyan-Ruben Vardanyan cütlüyü rəhbərlik etdiyi quldur dəstələri vasitəsilə Xankəndidə yaşayan insanları, erməniləri girov kimi saxlayır, onlardan girov kimi istifadə edirlər:

“Xankəndi əhalisinə çox ciddi təzyiqlər var. Onların bütün sosial şəbəkələri izlənilir, hətta işgəncələr verilir və bunu da bir neçə gün bundan əvvəl yayılan məlumatlar təsdiq edir”.

Deputatın sözlərinə görə, Laçın yolu açıq olsa da və burada insanların gediş-gəlişi üçün şərait yaradılsa da, sözügedən quldur dəstələri saxta böhran görüntüsü yaratmaq üçün əhalinin bu yoldan istifadəsinə mane olurlar:

“Bütün dünyaya car çəkirlər ki, guya Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquqlarını pozur. Bu gün Araik Arutyunyan-Ruben Vardanyan Xankəndidə etirazlar təşkil etməyə çalışırlar, məlum olduğu kimi əvvəlki dövrlərdə onlar insanları bu mitinqlərə zorla, pul vasitəsilə gətirmişdilər. Burada bir fakt da var ki, insanların çoxu Ermənistandan gəlmişdilər. Lakin budəfəki aksiyalarda bunu etmək mümkün olmadı”.

C.Məmmədov onu da vurğulayıb ki, dekabrın 25-nə cütlük yeni bir mitinq təyin etsə də, bunun da nəticəsi olmayacaq:

“Onlar bu gün Azərbaycanın ekofəallarının və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin bölgədə olma səbəbindən, Ermənistandan bura insanları gətirə bilmirlər. Araik Arutyunyan-Ruben Vardanyan cütlüyü bu mitinqlərə 20-25 min insanı gətirməkdə çətinlik çəkirlər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.147639