Saat:06:41
Haqqımızda

"Arutunyanın yerini Vardanyan tutacaq, bu, Moskvanın planıdır" - ELXAN ŞAHİNOĞLU

2022-10-05 10:53:00

"Qarabağ separatçılarını tərksilah etməliyik, Qarabağın tamamında Azərbaycan qanunlarının icrasını təmin etməliyik və Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməliyik"

"Gözlənildiyi kimi, erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdükdən sonra addım-addım irəliləməyə çalışır. Belə adamlar işsiz qalmırlar. Qarabağ separatçılarının lideri Araik Arutunyan Ruben Vardanyana "dövlət naziri" vəzifəsi təklif edib. Bu separatçılar arasında ikinci "vəzifə" mahiyyəti daşıyır. Araik Arutunyan İkinci Qarabağ müharibəsindən sonra kənarlaşmaq istəyini tədricən həyata keçirməyə çalışır. Onun imkanı olsa Qarabağı da tərk edər". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur. 

Politoloqun sözlərinə görə, böyük ehtimalla, Araik Arutunyanın yerini Ruben Vardanyan tutacaq: "Bu Moskvanın planıdır. Onu əvvəlcə Qarabağda separatçılarının başına, hər şey plan üzrə gedərsə Ermənistanda baş nazir Nikol Paşinyanın əsas rəqibinə çevirməyə çalışacaqlar. Moskva vaxtilə separatçıların ilk lideri Robert Köçəryanı da Xankəndidən İrəvana istiqamətləndirmiş, birinci prezident Levon Ter-Petrosyanı devirərək Ermənistanın başına gətirmişdi".

"Ruben Vardanyan bizə Qarabağı tam nəzarətə götürməyə mane ola bilərmi?" sualını cavablandıran "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Vardanyan Kremlin təlimatı əsasında fəaliyyət göstərəcəksə, problemlərlə üzləşə bilərik: "Misal üçün Vardanyan Kremlin təlimatıyla Qarabağ ermənilərinin Rusiya pasportları ilə təmin olunması siyasətinə başlaya bilər. Vardanyan dünyadakı ermənipərəst dairələrin Qarabağın işğal altındakı ərazilərinə yatırım qoymağa çağıracaq. Onun Qarabağa köçdükdən dərhal sonra Fransaya səfəri də məhz bununla bağlı idi. Nə qədər ki, Vardanyan Azərbaycana qarşı təxribatların miqyasını artırmağa macal tapmayıb, Qarabağ separatçılarını tərksilah etməliyik, Qarabağın tamamında Azərbaycan qanunlarının icrasını təmin etməliyikErmənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməliyik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR