Saat:04:27
Haqqımızda

"Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2024-03-29 13:15:11

"İranda Azərbaycana qarşı separatizmi dəstəkləyən konfransın təşkil olunması, "Huseyniyyun" terror təşkilatının fəallaşması, kütləvi informasiya vasitələrində anti-Azərbaycan kampaniyasının davam etməsi ikitərəfli münasibətlərin kəskinləşməsinə gətirib çıxarıb"

"İranla Azərbaycan arasında siyasi münasibətlər yenidən kəskinləşib. Xüsusilə İranda Azərbaycana qarşı separatizmi dəstəkləyən konfransın təşkil olunması, SEPAH "Huseyniyyun" terror təşkilatının fəallaşması, kütləvi informasiya vasitələrində anti-Azərbaycan kampaniyasının davam etməsi ikitərəfli münasibətlərin kəskinləşməsinə gətirib çıxarıb". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, Azərbaycan Tehranın israrlı danışıqlarından sonra səfirliyinin açılması istiqamətində addımlar atırdı, lakin artıq Tehranda səfirliyin açılması gözlənilmir: "Bundan əlavə, Azərbaycanın Tehranda səfirliyinə qarşı terror hücumundan təqsirli bilinən şəxslə bağlı qərar qəbul edilməməsi də İranın əlaqələrinin inkişafında maraqlı olmadığını göstərir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.183488