"Artıq ikinci "soyuq müharibə" başladı!" - ELMAN VƏLİYEV

2022-05-04 16:05:00

"Bu mübarizədə Qərb çox güclüdür, Rusiya ilə Çinin tam zəif fiqura dönüşməsi üçün əllərindən gələni edəcəklər"

"Rusiyanın 9 May qələbə günü mühüm gedişat edəcəyi dillərdən düşmür. Mayın 9-a 5 gün qalıb və Rusiyanın bu qısa zamanda Ukraynaya diz çökdürəcəyi qeyri-real görünür (nüvədən istifadə etməzsə, təbii ki). Rusiyanın yeni əməliyyatlara başlayacağını demək daha məntiqlidir!" Hurriyyet.az xəbər verir ki, bunu DİA (Dövlət İdarəçilik Akademiyası) Politoloqlar klubunun sədri, siyasi ekspert Elman Vəliyev bildirib.

Siyasi ekspert hesab edir ki, NATO Rusiyanın başını Ukraynada qatmaqla genişlənmə politikasına davam edir, lakin Rusiyanın dağılmasını deyil də, super güc aktorluğundan düşməsini planlamaq daha məkrlidir: "Bu dövlətlərin - Rusiya, ABŞ, Çin, Fransa, Almaniya, İtaliya və Britaniya kimi böyük dövlətlərin bir neçə birlikdə gördükləri layihələr var. "Süni günəşdən" tutmuş, kosmosun kəşfi, süni enerji və s. kimi milyardlar dəyərində layihələr var. Yəni istəməzlər zəncir qırılsın! Siyasi arenanın yenidən əvvəlki vəziyyətinə qayıtması absurddur. Rusiya bundan sonra ətrafını daha da gücləndirməyə çalışacaq. Ya gözəlliklə, ya da zorla. Avrasiya İttifaqı, KTMT ilə yanaşı, yeni bir ittifaq qurmağa səy göstərəcəyinə şübhə olmasın. Bu yeni ittifaqı SSRİ-nin analoqu da adlandıra bilərik. Rusiya üçün Krım vaz keçilməzdi, həmçinin Odessaya da eyni cür yanaşma var. Moldova təşviş içindədir. Moldovanın strateji mövqeyi çox mühüm olmasa da, Ukrayna ilə sərhəddə, Dnestryanı bölgə üçün vacibdir! Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciətlər edəcəklər. Mərkəzi Asiya dövlətlərinin bəziləri 9 mayı qeyd etməyəcəklər. Rusiya ondan imtina etməyən istənilən tərəflə ittifaqı qurmağı niyyətləyib. Çin, Belarus, İran, Əfqanıstan (Taliban rejimi), Ermənistan, Serbiya, bəzi Orta Asiya dövlətləri, bəzi Orta Şərq dövlətləri (xüsusilə də Əsəd rejimi) yeni savaşda Rusiyanın safında dayanacaqlar. İsrail aşkar Ukrayna leyhinə hərəkət edir. Buna cavab olaraq Rusiyanın Həmasa yardım edəcəyini istisna etmirəm".

Elman Vəliyevin fikrincə, Rusiyanı zəiflətmək üçün Ukraynadan daha yaxşı bir fiqur ola bilməzdi: "İkinci "soyuq müharibə" artıq başlayıb. Lakin budəfəki ideologiya mübarizə ilə yanaşı, enerji mübarizəsini də cəm edir. Xırda dövlətlərin yeni güc mübarizəsində öz suverenliklərini sabit saxlayacağı ehtimalı çox azdır. Bu mübarizədə Qərb çox güclüdür. Rusiya ilə Çinin tam zəif bir fiqura dönüşməsi üçün əllərindən gələni edəcəklər. Rusiyadan sonra növbə Çinə çatacaq. Çin də öz rıçaqlarını üzübəri atmağa başlayıb. Çin təkcə Şimali Çin dənzində ağalıq etməklə kifayətlənmir, Avrasiya, Mərkəzi Asiya, Afrika, hətta son zamanlar Cənubi Qafqazla da nizamlı əlaqələr qurur. Xüsusilə də, iqtisadi sferada! Çin artıq iqtisadi siyasətlə kifayətlənməyərək, hərbi sahədə də genişlənmə aparmaqdadır. Serbiya Çinin HQ-22 uzaq mənzilli hava müdafiə sistemini aldı. Bununla da Serbiya Çinin satdığı silahları istifadə edən ilk Avropa dövləti oldu. Amerika buna heç cür göz yuma bilməz. Mütləq ki, Çin üçün də bir plan hazırlayıb. Covid-19 planı deşifrə olundu. Tayvan kartı Amerika üçün yaxşı vasitə ola bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya