Artıq hücumlar başlayıb, vəziyyət ağırdır - Qayday

2022-04-19 11:49:00

Artıq hücumlar başlayıb, vəziyyət ağırdır - Qayday

Gecə ərzində Ukrayna hərbçiləri Popasnaya və Rubejnoe istiqamətində düşmənin hücumlarını dəf ediblər.

Hurriyyet.az xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Artıq hücumlar başlayıb, vəziyyət ağırdır, amma müdafiəçilərimiz müdafiə xəttini saxlayırlar. Düşmənin onlarla canlı qüvvə itkisi var, hərbçilərimiz düşmənin “Orlan-10” PUA-sını və ağır texnikalarını vurublar”, - Qayday bildirib.

Onun sözlərinə görə, düşmənin gecə hücumları, aviazərbələri artıb, amma heç bir uğur qazana bilməyiblər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya