Saat:08:31
Haqqımızda

“Arsenal”, “Çelsi”, “Liverpul”... – amma o, yalnız “Real”ı istəyir

2025-05-14 20:06:36

“Arsenal”, “Çelsi”, “Liverpul”... – amma o, yalnız “Real”ı istəyir

“Real Madrid” İngiltərənin “Bornmut” klubunda və İspaniya millisində çıxış edən gənc mərkəz müdafiəçisi Din Höyseni heyətinə qatmaq niyyətindədir.

Tanınmış jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində bildirib ki, Madrid klubu artıq 20 yaşlı futbolçunun nümayəndələri ilə ilkin təmas qurub. Din Höyse özü də “Real”a keçidi karyerası üçün prioritet seçim hesab edir.

Transferin baş tutması üçün “Kral klubu”nun futbolçunun “Bornmut”la olan müqaviləsində yer alan 59,5 milyon avroluq sərbəstqalma məbləğini ödəməsi tələb olunur.

Məlumata görə, bu keçidin reallaşmasında zaman həlledici rol oynayacaq. Çünki Din Höysenin xidmətində “Arsenal”, “Çelsi” və “Liverpul” kimi İngiltərə nəhəngləri də maraqlıdır.

Mənbə: Offsideplus.az