"Arsaxın taleyini heç kim təkbaşına həll edə bilməz, torpağımız uğrunda mübarizə aparacağıq" - Akopyan SƏRSƏMLƏDİ

2022-05-28 22:50:00

“Arsaxın taleyini heç kim təkbaşına həll edə bilməz”.

Bunu “Ədalət” partiyasının üzvü, qondarma deputat Metakse Akopyan deyib.

“Arsaxın taleyini heç kim təkbaşına həll edə bilməz. Bizi vətənimizdə qonaq kimi yaşamağa məcbur etmək olmaz. Biz buna heç vaxt yol verməyəcəyik və torpağımızı tərk etməyəcəyik, bizdən gözlənildiyi kimi, vətənimiz uğrunda mübarizəmizi davam etdirəcəyik”, – deyə Metakse çərənləyib.

Daha sonra o deyib ki, əslində bu sözləri “prezidenti Arayik Arutyunyan” deməli idi, lakin qorxduğu üçün bunu deyə bilmir.

“Belə görünür ki, bunlar Arsax Respublikasının prezidenti Arayik Arutyunyan tərəfindən səsləndirilməli olan sözlərdir, lakin təəssüf ki, o, ehtiyatlı olmaqda davam edir və dövlət xaini Nikol Paşinyanla açıq qarşıdurmaya getməmək üçün ehtiyatlı davranır”, – Akopyan deyib. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya