Armstronqdan yarım əsr sonra – NASA yenidən Aya insan göndərəcək

2023-03-03 20:34:00

Armstronqdan yarım əsr sonra – NASA yenidən Aya insan göndərəcək

Hurriyyet.az  “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın NASA kosmik agentliyinin direktoru Bill Nelson öz “Tvitter” şəbəkəsində məlumat verib.

NASA 50 ildən də çox fasilədən sonra yenidən Ay səthinə astronavtların göndərilməsi üçün tarixdə ən sanballı raketin inşasını başa çatdırmaq üzrədir.

Xatırladaq ki, amerikalı astronavt Nil Armstronq 16-24 iyul 1969-cu ildə E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçmuşdu. 20 iyul 1969-cu ildə Armstronq və Oldrin Ay kabinəsində Ayda "Sakitlik Dəniz"inə eniblər.

Armstronq ilk dəfə  Aya ayaq basmış insandır.  “Apollon-11” gəmisinin heyəti iyulun 24-də Yerə qayıtmışdı.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.163482