Armen Qriqoryan Hindistana gedir

2022-11-16 13:13:00

Armen Qriqoryan Hindistana gedir

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana rəsmi səfərə yollanacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Təhlükəsizlik Şurası yayıb.

Qriqoryanın Hindistana səfəri noyabrın 18-19-nu əhatə edəcək və ölkənin daxili işlər naziri Amit Şahın dəvəti əsasında baş tutacaq. 

Onun, həmçinin Hindistanda digər görüşlər keçirəcəyi də gözlənilir.

Xatırladaq ki, son zamanlar Ermənistanın Hindistandan silah alması ilə bağlı məlumatlar yayılıb. Ən son məlumata görə, Ermənistan Hindistandan 155 millimetrlik “ATAGS” adlı yerli istehsal olan haubitsalar (artilleriya sistemləri) alacaq. Sifarişi Hindistanın “Kalyani Strategic Systems Ltd” şirkəti alıb. Müqavilənin dəyəri isə 150 milyon dollar təşkil edir. Sözügedən sistemlər 3 il ərzində Ermənistana göndəriləcək. Bundan əvvəl isə Ermənistanın Hindistanın “Solar Group” şirkəti ilə “Pinaka” adlı reaktiv yaylım atəşi sistemlərinin alışı ilə bağlı müqavilə bağlaması məlum olub. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.126727