Argentinanın yeni prezidenti seçildi
2023-11-20 10:02:31

Hurriyyet.az xəbər verir ki, sağçı siyasətçi, ölkənin BRİKS qurumuna qoşulmasının əleyhdarı Havyer Miley Argentinada prezident seçkilərində qələbə çalıb.
Miley iqtisadiyyatın dollar valyutasına keçidinin, bütün sahələrin, o cümlədən təhsil və səhiyyənin özəlləşdirilməsinin lehinə çıxış edir. Çin, Braziliya və Rusiya ilə əməkdaşlıqdan imtina etmək, ABŞ və İsrail ilə münasibətləri möhkəmləndirmək tərəfdarıdır.
Hürr Tərcüman
