Saat:05:11
Haqqımızda

Argentinada 4 SEPAH agenti həbs edildi

2022-08-12 17:05:00

Argentinada 4 SEPAH agenti həbs edildi

Argentina polisi saxta Fransa pasportu ilə ölkəyə gələn İran İnqilab Keşikçiləri Korpusunun 4 üzvünü həbs edib. Argentina rəsmiləri bu barədə açıqlama verməsələr də, ölkə mediası SEPAH üzvləri və onların saxta Fransa pasportlarının fotolarını yayıb.
Hadisə ilə bağlı dünya mediası müxtəlif xəbərlər dərc edib. Buenos-Ayresin “Primera Edition” qəzeti saxlanılanların iranlı olduğunu və özlərini Argentina hökumətinə “İraq mənşəli” kimi təqdim etdiklərini yazıb.
Qəzetin yazdığına görə, sözügedən şəxslər Hollandiyanın paytaxtı Amsterdama uçmağa hazırlaşarkən Buenos-Ayresdəki Eziza Beynəlxalq Hava Limanında həbs ediliblər və Argentinanın ədliyyə orqanları onların SEPAH-la əlaqəsi ehtimalını araşdırır.
Bununla yanaşı, məlumatda Argentinanın təhlükəsizlik rəsmilərinə həmin şəxslərlə bağlı “naməlum mənbələrdən” xəbər verildiyi üçün onların həbs edildiyi qeyd olunub.
Argentinanın “İnfobay” saytı adıçəkilən 4 nəfərin 20-23 yaşlarında olduğunu və Amsterdamdan Fransaya getmək niyyətində olduqlarını yazıb. Bu barədə İsrailin “Intel Times” saytı həbs edilən şəxslərin kimliklərinin ifşasından sonra onlara rəhbərlik edənlərin bu dörd nəfəri Argentinadan başqa yerə köçürərək həbslərinin qarşısını almağa çalışdıqlarını bildirib.
“Primera Edition” qəzetinin məlumatına görə, SEPAH agentlərinin həbsinə orderi Argentinanın məşhur hakimi Federiko Vilina verib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR