Arda Turandan Ərdoğana, Trampa, Putinə çağırış: Müharibəni bitirin
Türkiyəli məşhur futbolçu, hazırda Ukraynanın "Şaxtyor Donetsk" klubunun baş məşqçisi Prezident Rəcəb Tayyib Ərdoğan, Donald Trampa, Vladimir Putinə, Vladimir Zelenskiyə mühairbə ilə bağlı müraciət edib.
Hurriyyet.Az Ölkə.az-a istinadla xəbər verir ki, Arda Turanın sözlərinə görə, "Şaxtyor Donetsk” UEFA Konfrans Liqasında "Şemrok Rovers"lə qarşılaşacaq.
"Mən neqativ şeylər haqqında danışmaq istəmirəm, amma oyunçularıma təşəkkür etmək istəyirəm. Bura gəlməyimiz 16 saat çəkdi. Amma 16 saatlıq yol bir futbol komandası üçün çox çətindir", - o vurğulayıb.
Ukraynadakı müharibə ilə bağlı mövqeyini açıqlayan Arda Turan Prezident Rəcəb Tayyib Ərdoğan, Donald Tramp və digər liderlərə çağırış edib:
“Mən Ukrayna gedəndə bombalar var idi... İnsanlar rahatlıqla deyə bilərdilər ki, “yaxşı, raket atıldı, keçdi”. Dronlar artıq onlar üçün problem deyil, mənim bu insanlara böyük hörmətim var.
Tramp ola bilər... Bəlkə Putin, bəlkə Ərdoğan, bəlkə Zelenski... Amma indi uşaqlar üçün həyat çox çətindir. Müharibə nədir? Uşaqlar Marsı və digər planetləri xəyal edə bilərdilər. İndi müharibə vaxtı deyil”.
Çıxışını emosional tonda tamamlayan Arda Turan “Mənim üçün çox duyğulu olduğu üçün bu haqda danışmaq istədim”, - deyərək mətbuat konfransını yekunlaşdırıb.
Mürtəza
