“Araz Supermarket” və “OBA Market”ə - İŞ QALDIRILDI

2022-08-05 14:37:00

“Araz Supermarket” və “OBA Market”ə - İŞ QALDIRILDI

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “AQRO-VEST DC” MMC-nin ərizəsi ilə “Araz Supermarket” MMC və “OBA Market” MMC barəsində iş qaldırıb.

Hurriyyet.az
FED.az-a istinadla xəbər verir ki, iddia “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrədir.

İşin ümumi halı “AQRO-VEST DC” MMC-yə məxsus “Янтарь”, “Янтарный свет”, “Дары янтаря” və “Янтарный край” əmtəə nişanlarından “Araz Supermarket” MMC və “OBA Market” MMC tərəfindən qanunsuz istifadə edilməsi əlamətləri üzrədir.

Dövlət Xidməti işə 30.08.2022-ci il tarixində, saat 15:00-da baxacaq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060515