"Araz-Naxçıvan"ın rəqibi müəyyənləşib

2022-08-27 21:04:00

Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın mübarizə aparacağı 5-ci qrupda yer alacaq komandalardan daha biri müəyyənləşib.

İlkin seçmə mərhələdə F qrupunun qalibi olan “Orebro” bu hüququ qazanıb.

İsveç çempionu ilk oyunda Gürcüstanın “Georgians” klubunu 5:3, növbəti dueldə isə Türkiyənin “İstanbul Şişli” komandasını 10:3 hesabı ilə yenib. Son oyunda Almaniya “Stutqart”ını 2:1 hesabı ilə üstələyən ölkə çempionu əsas mərhələyə yüksəlib.

“Araz-Naxçıvan” əsas mərhələdə Bosniya və Herseqovinanın “Mostar”, eləcə də İsveçin “Orebro” komandası ilə qarşılaşacaq. Daha bir rəqib isə sabahkı oyunlardan sonra müəyyənləşəcək. D qrupunun qalibi bu hüququ əldə edəcək. “Minerva” (İsveçrə) və “Loznika Qrad” (Serbiya) hər iki oyundan maksimum xalla ayrılıb. Qalibin adı sabah bu komandalar arasında keçiriləcək görüşdə müəyyənləşəcək.

Qeyd edək ki, bu qrupun oyunları 25 - 30 oktyabr tarixlərində Bosniya və Herseqovinada olacaq.\\Ölkə.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.074027