Saat:22:56
Haqqımızda

Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüsü: qaçırlar – VİDEO

2025-06-09 20:08:40

Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüsü: qaçırlar – VİDEO

Xəbər verdiyimiz kimi mayın 28-də Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində bıçaqlanıb. Araz Musayev şəxsi feysbuk hesabında hadisə ilə bağlı yeni video paylaşıb. 
A.Musayevin iddiasına görə, görüntülərdə ona qarşı sui-qəsd cəhdi törədən şəxslərin cinayətdən dərhal sonra hadisə yerindən qaçmaları əks olunub.
Qeyd edək ki, sui-qəsddə şübhəli bilinən şəxslər artıq saxlanılıb.
Xatırladaq ki, Araz Musyev ona qarşı sui-qəsdin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən sifariş verildiyini deyib. A.Əliyev isə bu ittihamları təkzib edərək barəsində deyilənləri “böhtan” adlandırıb.
Sözügedən görüntüləri təqdim edirik:  

 

@Referans 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.292731