Araz Musayev Türkiyədə bıçaqlandı - Video
2025-05-28 17:37:22

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.
Hurriyyet.az xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Bununla bağlı yayılan videoda A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Qeyd edək ki, Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.
unikal.az
