“Araz çayı üzərindən onsuz da Naxçıvana qısa yol olacaq”

2022-12-27 16:26:00

“Araz çayı üzərindən onsuz da Naxçıvana qısa yol olacaq”

“Zəngəzur dəhlizinin açılması ilə bağlı onu qeyd edə bilərəm ki, Azərbaycan İranla imzalanmış memoranduma əsasən Araz çayı üzərində körpünün inşasına başlayıb”.

Hurriyyet.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında bildirib.

“Yəni Araz çayı üzərindən onsuz da Naxçıvana qısa yol olacaq. Zəngəzur dəhlizi açılmasa, ən böyük ziyanı Ermənistana dəyəcək. Çünki regionda uzun müddət münaqişənin olması bütün region ölkələrinə, ən çox da Ermənistana mənfi göstərib. Ermənistan nə qədər tez bunu anlayarsa, öz milli maraqları baxımından praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirərsə, ilk növbədə özü üçün yaxşı olar. Azərbaycan istənilən halda öz milli maraqlarını həyata keçirəcək, Ermənistanın öhdəliklərini yerinə yetirməsini tələb edəcək”, - deyə Ceyhun Bayramov qeyd edib. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.227855