Saat:21:10
Haqqımızda

Arayikdən terrorçulara “Dağılışın!” əmri

2022-08-10 14:18:00

Arayikdən terrorçulara “Dağılışın!” əmri

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İrəvan Qarabağda bir həftə əvvəl silahlanmış erməni terrorçularının tərksilah edilməsini və evlərinə göndərilməsini, həmçinin, Ermənistan Silahlı Qüvvələrinin əsgərlərinin bir qismini rusiyalı sülhməramlıların Azərbaycanda müvəqqəti yerləşdikləri ərazilərdən çıxarılmasını qərara alıb.

Bu qərar öz əksini Ermənistanın Azərbaycan torpaqlarında yaratdığı qondarma separatçı rejiminin rəhbəri olan erməni siyasətçi Arayik Arutyunyanın “fərman”ında tapıb. Qondarma “sənəd”də bildirilir ki, 3 avqust tarixində elan edilmiş qondarma “qismən səfərbərlik” zamanı silahlandırılmış yaraqlılar “təxris edilərək” evə buraxılırlar.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR