Arayik ”təhlükəsizlik şurası”nın iclasını keçirdi - Ermənilər narahatdır
2023-05-27 11:56:00
Mayın 26-da qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan “”təhlükəsizlik şurası”nın iclasını çağırıb.
Hurriyyet.az “Haykakan Jamanak”a istinadla xəbər verir ki, o, separatçı rejim ətrafında yaranmış hərbi-siyasi vəziyyəti müzakirə edib.
Məlumata görə, həmçinin, xarici siyasət və təhlükəsizlik məsələləri, eləcə də sosial və iqtisadi problemlər müzakirə edilib.
A. Arutyunyan mövcud problemlərin qısa və uzunmüddətli perspektivdə həlli ilə bağlı bir sıra tapşırıqlar verib. (yenisabah)