Araikin başı üzərində dolaşan kabus: O, postunu tərk edəcək?
.jpg)
“Azərbaycan diplomatik arenada öz addımlarını atır. Bu addımlar da regionda özünəməxsus bir format yaradıb, separatçılar artıq dalana dirənib. Çünki ekofəallarımızın aksiyaları, Ruben Vardanyanın oradan rədd edilməsi və Laçın yolunda postlarımızın qurulması ilə bağlı olan qəti mövqeyimiz, əlbəttə, Araik Arutyunyanın özünə müəyyən bir təzyiqdir”.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov deyib.
O, Araik Arutyunyanın İrəvan səfərindən qayıtdıqdan sonra “prezidentlik” postundan imtina edəcəyi ilə bağlı erməni mətbuatında yayılan informasiyalara münasibət bildirib:
"Qarabağ erməniləri ilə danışıqların başlaması da yeni bir formatdır. Arutyunyanın çıxış yolu axtarması təbii prosesdir. Lakin əmin deyiləm ki, o, yaxın günlərdə postunu tərk edib harasa gedəcək, yaxud ideyalarından imtina edəcək. Amma Arutyunyan artıq başa düşür ki, Azərbaycan öz ərazisinə – Xankəndiyə girməli, azərbaycanlılar orada yaşamalı və bölgədə yaşayan etnik ermənilər həyatlarına Azərbaycan vətəndaşı kimi davam etdirməlidir.
Əgər normal bir həyat şəraitinin axtarışındadırlarsa, bilməlidirlər ki, Ermənistan onlara heç nə verə bilməz. Hazırda Rusiyanın Ermənistana münasibəti də müəyyən dərəcədə dəyişilib. İrəvanla Moskva arasında müəyyən qarşıdurma var.
Bunların hamısını nəzərə almaq şərti ilə hesab edirəm ki, Arutyunyan artıq zəifləyib, onun rejimi demək olar ki, prosesləri idarə edə bilmir və buna görə də onun istefa etməsi ilə bağlı xəbərlər mediada yayılır. Amma mən bunu istisna edirəm”.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya