Araik və separatçıları "Moskva" kreyserinin ardınca cəhənnəmə yuvarlanacaqlar

2022-04-15 16:15:00

Araik və separatçıları

Siyasi mesajları simvolika ilə çatdırmaq hər zaman aktuyal olub. Son zamanlar Ukrayna-Rusiya müharibəsi fonunda Kremlin "Z" və "V" hərfləri geniş müşahidə olundu və insanlar onun bu hərflərlə hansı mesaj ötürdüyü üstündə baş sındırır. İş orasındadır ki, bədnam “Artsax” separatçıları da Ruisyanın son nəfəsindən yaralanmaq niyyətində olduqlarından bu simvolik hərəkəti 2022-ci il aprelin 13-də Xankəndi yaxınlığında məşhur “biz və dağlarımız” abidəsinin fonunda Rusiya bayrağının "Z" hərfi şəklində sərilməsi ilə etdilər. Bu simvolu dərhal Kremlin əsas təbliğatçısı Marqarita Simonyan öz teleqram kanalında təkrarladı:
“Stepanakert gözəldir. Təşəkkür!", deyə Simonyan yazıb. Baxmayaraq ki, bədnam "Z" və "V" hərfləri və Rusiya bayrağı bu gün Ukraynada minlərlə dinc sakinin ölümü simvoluna çevrilib. “Artsax” separatçıları Buça, Mariupol, Çerniqov, İzyum və Ukraynanın digər şəhərlərində dinc əhalinin öldürülməsini tam dəstəkləməklə bu simvolla nəyi göstərmək istəyirdilər? 
Bundan başqa, Azərbaycan torpağındakı açılan "Z" hərfi bu torpaqda rus sülhməramlılarının “himayəsi altında” olan separatçıların nəyə ümid etdiklərinin simvoludur. Onlar hələ də rusların onların maraqları üçün döyüşəcəklərinə ümid edirlər. Üstəlik, ümid edirlər ki, rus hərbçiləri “böyük Ermənistan” naminə Ukraynadakına bənzər ölüm və dağıntıları Azərbaycan torpaqlarına da gətirəcəklər.
Bununla belə, Nikol Paşinyan və hökuməti Azərbaycanla sülhün əldə edilməsi istiqamətində real addımlar atmağa başlayıb. Bu isə o deməkdir ki, gec-tez Ermənistan Qarabağı rəsmən, nəhayət və qeyd-şərtsiz Azərbaycan ərazisi kimi tanıyacaq. Bundan sonra Ermənistan Respublikasının hakimiyyət orqanları tərəfindən separatçı dəstələrə hər hansı dəstəkdən söhbət gedə bilməz. Separatçıların yeganə ümidi Rusiyanın yeni təcavüzüdür. Axı Rusiya sülhməramlıları üç ildən bir az artıq müddətdən sonra "öz xoşları ilə" Qarabağı tərk etməlidirlər, onda daha separatçıları müdafiə edən olmayacaq.
Xəstə təxəyyüllü erməni revanşistlərinin və “Artsax” separatçılarının "Z" hərfini ortaya sərməsindən bir neçə saat sonra, sözün əsl mənasında, eyni gecədə baş verən hadisələrin bəlağətlə nümayişkaranə şəkildə qabartdığı ümidlər nədən ibarətdir?
2022-ci il martın 13-dən 14-nə keçən gecə Ukrayna raketləri Rusiya Federasiyasının Qara dəniz donanmasının flaqmanı olan “Moskva” raket kreyserini vurdu. Gəmi alovlandı və partladı. Nəticədə gəmi ekipaj, daha dəqiqi partlayışdan sağ çıxanlar tərəfindən tərk edildi və batdı.
2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzündə, 2014-cü ildə Krımının ilhaqında, 2015-ci ildə rus hərbi kontingentinin Suriyadakı əməliyyatlarında və Ukraynaya qarşı hazırkı təcavüzü zamanı Ukrayna şəhərlərinə raket zərbələri endirən “Moskva” kreyserinin həlak olması çox simvolikdir. O, Rusiya Federasiyasının Qara dəniz hövzəsində hökmranlığının sona çatdığını göstərdi.
Rusiyanın Qara dəniz hövzəsində hökmranlığını simvolizə edən qürurlu Qara Dəniz Donanması çox həssas və asanlıqla məhv edildi. Üstəlik o halda ki, həmin Qara dəniz donanmasının əks qüvvə kimi yaradıldığı və silahlandığı NATO müharibəyə belə girmədi və bu gəmilər Ukrayna ordusu tərəfindən məhv edildi. Bu isə o deməkdir ki, Rusiya Federasiyasının eyni Qara Dəniz Donanmasının köməyi ilə Cənubi Qafqazda separatizmə və sərhədlərin yenidən cızılmasına bundan sonra hər hansı dəstəkdən söhbət gedə bilməz.
Əvvəla, bu, Abxaziya separatçıları və artıq gürcü torpaqlarını mənimsəmiş abxaz erməniləri üçün “son zəng”dir, onların Rusiya hərbi qüdrətinin himayəsində bundan sonra da öz torpaqlarını və evlərini saxlamaq ümidləri əbəsdir. Bu güc gözümüzün qabağında Rusiyanın Ukraynaya qarşı təcavüzünün dəf edildiyi kimi məhv edilir. “Artsax” separatçıları da "Z" hərfinə olan sevgiləri ilə “Moskva” kreyserinin ardınca "üzü aşağı" gedirlər. 

Ülviyyə, Hurriyyet.az
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya