Araik istefasının səbəbindən danışdı

2023-08-31 16:29:39

Araik istefasının səbəbindən danışdı

“İstefa” verən Araik Arutyunyan açıqlama verib. 

Hurriyyet.az xəbər verir ki, o, açıqlamasında “istefa” verməsinin səbəblərini izah edib: 

“Hər kəsdən 2020-ci il müharibəsindəki məğlubiyyətə görə üzr istəyirəm. Amma burada hamı günahkar idi. Mən ailəmlə, yaxınlarımla Qarabağda yaşamağa davam edəcəyəm və lazım gələrsə, “Artsax”ın müdafiəsində iştirak edəcəyəm. 

Əlbəttə ki, məğlubiyyətin bütün günahını “Artsaxın” dörd aylıq “prezident”inin üzərinə yıxmaq olar və mən məsuliyyətdən qətiyyən imtina etmirəm, amma inanın ki, bizim hər birimiz öz status və qabilliyətinə görə məsuliyyət daşıyır”.

Hər halda, mən bir neçə dəfə bəyan etmişəm, indi də publik şəkildə öz payıma erməni xalqından bir daha üzr istəyirəm. Amma bir daha əmin edirəm ki, 2020-ci ildə 44 günlük müharibədə gücüm və faktiki səlahiyyətim daxilində olan bütün addımları, bəlkə də daha çoxunu atmışam.

Bu gün dünyada qeyri-sabit geosiyasi vəziyyət, regional hadisələr, proqnozlaşdırılan inkişaflar, “Artsax” və ətrafında baş verən hadisələr, “Artsax”ın daxili siyasi-sosial atmosferi birbaşa yanaşma və addımların dəyişdirilməsinə, çeviklik nümayiş etdirilməsinə ehtiyac olduğunu göstərir. Yuxarıda göstərilənlərə nail olmaq üçün “Artsax”da məndən başlayaraq əsas aktorları dəyişmək lazımdır.

Mənim tərcümeyi-halım və Azərbaycanın ona olan münasibəti növbəti addımlarımızı qurmaq, çevik siyasət aparmaq baxımından ciddi problemlərin formalaşmasına süni şəkildə şərait yaradır. Bundan əlavə, müharibədə məğlubiyyət və “ölkə”dəki sonrakı çətinliklər “hakimiyyət”ə, xüsusilə də “prezident”ə inamı xeyli azaldıb, düzgün idarəçiliyin sonrakı gedişatına ciddi əngəl törədib. Ona görə də dəyişiklik məndən başlamalıdır”. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141562