Saat:19:21
Haqqımızda

AQTA-dan Çingiz Abdullayevin zəhərlənməsi ilə bağlı - Açıqlama

2024-04-15 13:04:04

AQTA-dan Çingiz Abdullayevin zəhərlənməsi ilə bağlı - Açıqlama

“Bəzi media səhifələrində Xalq yazıçısı Çingiz Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Araşdırmalar nəticəsində müəyyən olunub ki, Xalq yazıçısının səhhətində yaranan problem qida qəbulu ilə əlaqəli deyil. Bununla bağlı yayılan xəbərləri təkzib edir və bildiririk ki, rəsmi qurumla dəqiqləşdirilmədən bu cür məlumatların yayılması yolverilməzdir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilmişdi. Yazıçının zəhərləndiyinə görə xəstəxanaya aparıldığı, sonra evə buraxıldığı, daha sonra isə halının yenidən pisləşdiyi bildirilirdi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.183247