Aqşin Fatehin adamları restorana basqın etdi - Video

2022-09-23 17:14:00

Aqşin Fatehin adamları restorana basqın etdi - Video

Bakıda gecə saatlarında “Bakkumusichall” restoranına bir qrup şəxs hücum edib.

Bu haqda zərərçəkmiş, restoranın sahibi Vüsal Rəhimov məlumat verib. 

O, bildirib ki, 09.09.2022-ci il tarixində gecə saatlarında meyxanaçı Aqşin Fatehin və onun şəriki İlqar Abdullayevin adamları kriminal aləmə məxsus olan şəxslərlə restorana basqın ediblər.

V. Rəhimov bildirib ki, həmin qrup öncə restoranın qarşısında dava salıb, sonra birinci mərtəbəyə enərək mühafizə əməkdaşını, işçiləri döyüblər. 

Hadisə yerinə polis çağırılıb, basqında iştirak edənlər hadisə yerindən qaçmağa nail ola biliblər. 

Vüsal Rəhimov bildirib ki, bir müddət əvvəl - 15.04.2022-ci il tarixində də eyni qaydada restorana basqın edilmişdi. Bu faktla bağlı hazırda Binəqədi rayon polis idarəsində cinayət işinin istintaqı aparılır. 

Restoran sahibi baş vermiş hadisə ilə bağlı Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edib. 

Qeyd edək ki, əvvəllər  A. Fateh restoranın şəriklərindən biri olub. Sonradan meyxanaçı ilə müqavilə ləğv edilib.

Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054491