Saat:11:47
Haqqımızda

Aqil Babayevin məhkəməsi təxirə salındı - SƏBƏB...

2023-01-31 20:02:00

Aqil Babayevin məhkəməsi təxirə salındı - SƏBƏB...

Özünü “İmam Mehdi” kimi təqdim edərək, dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə qapalı keçirilən məhkəmə bu gün təxirə salınıb. Hakimin təyin etdiyi vaxt vəkillərə uyğun olmayıb. Vəkillərin hər birinin digər məhkəmə prosesləri olduğu üçün prosesə qatıla bilməyiblər.

Məhkəmə növbəti həftəyə keçirilib. Vəkillər ötən məhkəmə prosesində hakimin diqqətinə çatdırmışdılar ki, məhz bu gün onların digər məhkəmə prosesləri var. 

Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. O, özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanları aldatmaqda, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.
Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.


Jalə FAMİLQIZI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR