Saat:09:35
Haqqımızda

Aqil Babayevin evindən 525 500 manat apardığını etiraf edən Anar Aslanov ifadə verdi: “Məqsədim smestitel dəyişmək idi"

2023-05-31 20:46:00

Aqil Babayevin evindən 525 500 manat apardığını etiraf edən Anar Aslanov ifadə verdi: “Məqsədim smestitel dəyişmək idi

"ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Hurriyyet.Az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində “zərərçəkmiş” qismində tanınan Anar Aslanovun dindirlilməsi davam edib.
Aqil Babayevin vəkili Elnur Quliyevin Anar Aslanova verdiyi “Siz 2 ali təhsilli hüquqşünas olduğunuz təqdirdə hansı əlamətlərə əsasən Aqil Babayevi 12-ci İmam hesab etmişdiz?” sualına o, “Xüsusi əlamət görməmişəm, Aqil Babayev suallarımı geniş cavablandırdığına görə belə düşündüm” deyə cavab verib. 
Vəkilin “Siz şikayətinizdə ilkin 306 min borclu olduğunu söyləmisiniz, elə halda Aqil Babayevin evindən niyə 525 min 500 manat götürürdünüz?” sualına, Anar Aslanov “Onu 2021-ci ildə elə hesablamışdım, sonradan fikrimi dəyişdirdim” deyə cavabını bildirib.  
Vəkilin “Bəs, Aqil Babayevin əxlaqsız hərəkət etdiyini demişdisə, necə oldu gecə onun evinə getdiniz?” sualına Anar Aslanov “Məqsədim smestitel dəyişmək idi” deyə cavab verir. Vəkilin “Pulları niyə götürürdüz?” sualına isə, o “Pul mənim üçün önəmli deyil, söz vermişdim deyə smestiteli dəyişmək istəyirdim, pulu da elə-belə götürdüm”, - deyə cavab verib.  
Aqil Babayev isə Anar Aslanovun dediklərini cəfəngiyyat adlandırıb. O bildirib ki, Anar Aslanovu 2021-ci ilin mart ayından heç görməyib. Münasibətlərinin pisləşməsinə səbəb isə Anar Aslanovun birgə dostlarının təxmini 25 yaşlı qız qohumuna "Alfa hostel"də nalayiq hərəkət etməsi olub. Aqil Babayev deyib ki, Anar Aslanovu bu əxlaqsız hərəkətinə  görə danlayıb və mart ayından öz yanından uzaqlaşdırıb, həmin vaxtdan isə onunla əlaqəsi olmayıb.

Bundan əlavə Aqil Babayev bildirib ki, Anar Aslanova heç bir borcu yoxdu, əksinə özü Anar Aslanovun ailəsinə 3 otaqlı mənzil bağışlayıb və digər hədiyyələr edib. 
Hakim Eldar İsmayılov Baxışzadə Mehman, Quliyev Əli, Cəfərov Heydər, Əliyev Əli barəsində yenidən məcburi gətirilmə icra edilmədiyindən, onların ifadələrinin elan və təsdiq olunması barədə qərar çıxararaq növbəti prosesi iyun ayının 7-nə təyin edib.
Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12-ci İmam” adı altında həbs ediblər. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.

Jalə FAMİlQIZI

Hurriyyet.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR