Aqil Abbas: “Dünyada ən aşağı maaş alanlar bizim deputatlardır” – VİDEO

2022-12-20 23:08:00

Aqil Abbas: “Dünyada ən aşağı maaş alanlar bizim deputatlardır” – VİDEO

Milli Məclisin deputatı Aqil Abbas millət vəkillərinin maaşlarının az olmasından şikayətlənib.

Hurriyyet.Az xəbər verir ki, o, bu barədə “Birincilər” verilişinə danışarkən bildirib.

Deputat,  bahalaşma fonunda maaşlarının az olduğundan, həmçinin postsovet  ölkələri arasında ən aşağı deputat maaşının bizdə verildiyindən  gileylənib.

“125 millət vəkili var. Onların çəkdiyi əziyyəti heç  kəs bilmir. Elə millət vəkili var maaşını evinə aparıb, çıxara bilmir.  Deputatların maaşı qalxmayıb. Əvvəl məzuniyyətə çıxanda müalicə pulu  verilirdi. Onu kəsib, maaşa əlavə etdilər”.

Aqil Abbas onu da qeyd edib ki, millət vəkili 300 manat maaşla dolana bilməz.

Daha ətraflı videoda:

 

Sizinxeber.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.295232